Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

URAN - 100'luk (2016) | Текст песни

1.Neçə səhv etməlisən ki, bir düzü tapasan?
İkiüzlünün ən azından bir üzünü tapasan
Lap asan mühakimə, varsa qınaq topası
Oduna ehtiyac duymaz çox əsəb sobası.
2.Sözlə girmir, qol basar, dolu günah torbası
Torbadasa beyin yoxdu, için çoxdan tor basıb.
Onun hədə - zorbasına Uran mövzunu zor basar.
Qoymaz quşlar bir də Rep səmasını korlasın.
3.Suallarım çətinə salır, necə ki salır Manpası
Camaata sual verərək küçədə - diqqəti yoxlasın.
Dəqiqədə bir fikirə qanad verim meydanda fırlasın,
Və hər dəfə sözlərlə çəkim obrazın formasın.
4.Hər şeyin öz norması ümumilikdə, öz bazisi ümumilikdə,
Beləlikə repdə yeni abzası, baza ilə birlikdə,
Dirilikdə dirilir, xəyal təəsürat aynası
Elə bil Nağılbaz nağılında səmimi sirrlər paylaşır
5.Oğul – uşağı repə çağırır, küpə çevirir mövzuları.
Ya məna var içində, ya məna özündən yazılandı.
Tənqidi hədəfe sancan, bəyan edən Mozalandı,
Hazırlanır gördüyündən, bildiyindən...Məzələnmə?!!!
6.Qaqaş canı! İçimdə isti külək əsir, bilmirəm nədi?
Həyacan, sakitlik, ehtiyat, bəlkə təntənədi?
Nəmənədi dediklərim?! Dediyim fərddən kütləyə
Dərddən petləyə ip atanı çağırıram etməyəyə.
7.Dəfn etmə arzunu, mərkəzdən hücum yetmir onda
Aslanov kimi cinahlardan hücuma keç sonda.
Döyüş ruhun qoruyanda artır müqavimətin
Mətin addımlar aparacaq nə vaxt olacaq çətin.
8.Öz ümmətin, öz ənənən, öz adətin. Adətən
Hər şeyə anında qanuni cavab vermək niyyətin
Qanun istəmirsə, götür trekimi bas getsin!
Bunu götürmürsə, yenisin deyim yaz getsin!
9. Arada mövzudan Molla Nəsrəddin boylanır
Xalq tərəfə bir göz atır, o tərəf, bu tərəf aylanır.
Baxır görür deyir bilir məzələnir izah edir,
Quruluş nizamıdır, sözü – problem məzarıdır
10.Otağımda ortalıqda şair məclisi qurulur,
Söz pərvazlanır, qafiyə quşu gözündən vurulur.
Məclisi-rep. Şərq fəlsəfəsinin işığına toplaşan
Həqiqət kabusları qaranlıq sirrlərini paylaşır.
11.Arada içimdə mc söz tələb edir bağırır
Güzgü önündə özüm özümü deyişməyə çağırır.
“İki ruh bir cisimdə, ikisin bir yerə yığmazam.
Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”!
12. Bu anda fonda funk gedir, və fakt budur
Bu musiqi,ala, bu da takt, nağd budu
Güzgüdəki və özüm, rep deyirik.. Bax, budur!
Özgə deyil, onaltılıq deyişirik. Vaxt durdu.
13.Bayaqdan dinleyirsiz hiss etdizmi, barı,
Bir neçə mövzunu qatdım, addım atdım sizə sarı
Sarı kart almadım, repi çıxardım stadiona,
Onu saymayanlar da hörmet besledi ona.
14.“Bu nədi?!... belə şey axı əvvəllər yazılıb...?
Sakiiit! Mane olma, qururam freestyle pazılı.
Kim yazılır, mikrofona kim hazır, məni yazzzın,
Dalğanı artıq tanıyırsız, artıq şərh nəyə lazım?
15.Azrep mənsiz maraqsızdır? Mənə iki qat
maraqsızdı Azrepsiz. Hələ tezdi repsiz. Və düz də bildiz
Leytenant Ibrahimov yoxdu sırada, düzülə bildiz ?
Qayıdış susduracaq o kəsi kim deyir yüz ilə bir düz.
16.Silsiləli rep-sunami, dəyişir rep üsulu, abi,
Çək stulu, ala bir otur aşağı, söz qüsul almır.
Pusquda hədəfə ala bil, ala bilməsən vermə dala, bir
Özün getsən də sözün səndən sonra qala bilər.
17.Saxta mütəxəssislərin saxta rap onluqları!
Xalis Rep yüzlüklə üzlərin bağlayıram onların.
İlk gündən reytinq listinin qaçmıram ardınca.
Əksinə o listlerin bir cox ismi davamda, ardımca
18.Albomçun rep sənayenin şəraiti əlverişli
Bu davammı, ya dönüşmü? Demişdim, İbişçin
Vacib deyil ortalıqdakı vəziyyət, təlabat, durum,
İstənilən halda hədəfi mərkəzindən vurur
19.İranın Uranı artıq deyil təhlükəli!!!
Amma AzRepdə radioaktivlik zonası her gün yekəlir.
Yek kəlmə. Enerjim tükənmir. Dinləyici bekarmı?
Narahat edən yarı dolu ya yarı boş stəkanmı.
20.Narahat edən Obama, Putin, yaxud Bəşər Əsəd?
Solçular, ya anarxistlər, kimə aparırsan həsəd?
Vergini vətənə borc sayırsan, yoxsa qandal?
Nə səni maraqlandirir? - Musiqi, elm, sex, skandal?
21.Harada xidmet etmisen??Murov, Qusar, SKAda?
Yoxsa dəmə qoymusan dayınla Lujniki, Moskvada?
Rus dillisən, türk dillisən, yaxud ingilis dilli?
Yoxsa hərəsindən bir az, öyrənirsən doğma dilini?
22.İctimai subyektsən, ya orta statistik sıravi?
Mühacirsən, siyasi qaçqınsan, ya fərari?
Ferrari sürənsən, ya Ferrariyə çöldən baxan?
Üstdən qalstuk taxansan, yaxud açıq, çöldə yaxan?
23.Bax, a. İndidən deyirəm, mənə bunun yoxdu fərqi.
Yaxam öz əlimdə, qərbdir mövqeyim, ruhum şərqli.
Fərqli mövzularla dinləyicələri edirəm bərabər
UranFM dalğasında gələcəkdə məndən xəbər.
24.Mikrofon açıq, Berlin efirində. Bakıya salam,
Elə həmin həllolunmaz, radioaktiv rap misalam.
Yadıma salın Mən də Varamı, varmı davamı?
Rep naviqator Caspian Clan, ala hiss et havamı!
25.İndi Kreuzberg tərəflərdəyik, buraların atmosferi
Beyin sferinə yeni kainat verir. Manat ölür
Rap ölmür, hələ də üzdə saxlayır
Yüzlük! Üzdə yoxlayır, rep-tərəzidə yüzdə saxlayır!

URAN еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1